SON DƏQİQƏ
» » Ermənistan Rusiyadakı səfirini geri çağırıb - Yeni qarşıdurma

Ermənistan Rusiyadakı səfirini geri çağırıb - Yeni qarşıdurma

Tarix:

24-10-2023, 13:13

/ 1 355 dəfə oxundu.
Ermənistan Rusiyadakı səfirini geri çağırıb - Yeni qarşıdurma

Ermənistan Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı geri çağırıb.

Bu iddia ilə “İravunk” nəşri çıxış edib.

Nəşr mənbələrinə istinadən yazır ki, Arutyunyanın yerinə yeni səfir namizəd Moskvaya təqdim edilib.

“Arutyunyanın əvəzinə səfir kimi hakim partiyanın üzvü Qurgen Arsenyanın namizədliyi irəli sürülüb. Lakin Rusiya rəhbərliyi bu namizədi rədd edib”, - nəşr yazır.

Qeyd edək ki, keçmiş müdafiə naziri V.Arutyunyan Rusiyanın hərbi dairələrinə yaxınlığı ilə tanınır. Məlumatlara görə, səfir məsələsi İrəvan və Moskva arasında yeni qalmaqal mövzusuna çevrilə bilər.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ