SON DƏQİQƏ

Paşinyan Araikin fikrini necə dəyişdi?

Tarix:22-09-2022, 11:52 Oxunub:1 625

Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndindəki separatçı-terrorçu rejimin "başçısı” Araik Arutyunyandan fikirlərini dəyişməsini tələb edib.

Bu barədə "Fakt” nəşri yazıb.

Nəşrin məlumatına görə, sentyabrın 14-də Paşinyan Azərbaycanla sənəd imzalanacağını deyəndən sonra Baqramyan prospektində etirazlar başlandı: "Daha sonra Paşinyan "inkar” etməyə çalışdı, lakin həmin vaxt Araik Arutyunyan Ermənistan hakimiyyətinin əleyhinə olan bəyanat verdi. Bu bəyanatdan iki saat sonra Arutyunyan fərqli bəyanat yayaraq, Paşinyanın mövqeyini müdafiə etdi. Buna səbəb birinci bəyanatdan sonra Paşinyanın Arutyunyana zəng etməsi olub”.

Nəşr yazır ki, Paşinyan dərhal Arutyunyana zəng edərək, fikirlərini dəyişdirməsini tələb edib.

"Məlumatlara görə, o, Arutyunyanın üstünə qışqırıb, tələbini kifayət qədər sərt formada irəli sürüb. Ardınca Arutyunyan əvvəlki fikrini təkzib edən bəyanatla çıxış edib”, - erməni nəşri qeyd edir

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<