SON DƏQİQƏ

Artunyandan Paşinyana şillə kimi cavab

Tarix:

3-11-2021, 16:30

/ 2 223 dəfə oxundu.
Artunyandan Paşinyana şillə kimi cavab

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda separatçı-terrorçu rejimin rəhbəri Araik Arutyunyanı qəbul edib.

İrəvanda keçirilən görüşdə qondarma rejimin əski parçası olan "bayrağının” olmaması erməniləri qəzəbləndirib.

Ermənistan mediası yazır ki, Paşinyan bununla "artsax”ın olmadığını nümayiş etdirir.

"Paşinyanla görüşdə "artsax”ın "bayrağı” yenə yoxa çıxıb. Nikol bununla "artsax” dövlətinin olmadığını nümayiş etdirməyə davam edir. İstisna deyil ki, Paşinyan Əliyevin qəzəbindən qorxur”, - hayeli.am saytı yazır.

Qeyd edək ki, 44 günlük müharibədən öncə Qarabağdakı separatçı-terrorçu rejimin rəhbərliyi İrəvanda qəbul olunarkən, salonda qondarma "bayraq” da olurdu. Müharibədən sonra bu artıq gözə dəymir.
скачать dle 12.1

Şərhlər