Böyük Britaniya Baş naziri Rişi Sunak bu gün İsrailə həmrəylik səfəri edəcək.
Bu barədə “Röyters” məlumat yayıb.
“Səfər zamanı Sunak İsrailin siyasi və hərbi rəhbərliyinin nümayəndələri, o cümlədən hökumətin başçısı Benyamin Netanyahu ilə görüşəcək. O, İsrailə səfərindən sonra gərginliyi azaltmaq üçün Yaxın Şərqin digər ölkələrinə də gedəcək”, - məlumatda deyilib.