SON DƏQİQƏ
» » Bakıya tranzit verməyə, sadələşmiş rejimə hazırıq

Bakıya tranzit verməyə, sadələşmiş rejimə hazırıq

Tarix:

17-10-2023, 18:00

/ 1 616 dəfə oxundu.
Bakıya tranzit verməyə, sadələşmiş rejimə hazırıq

Ermənistan regionda kommunikasiyaların açılacağı təqdirdə öz ərazisindən tranzit prosedurlarını sadələşdirməyə hazırdır.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışında deyib.

“Bütün kommunikasiyalar ölkələrin suverenliyi prinsipi çərçivəsində açılarsa, Ermənistan prosedurları sadələşdirməyə hazırdır. Qarşılıqlı olacağına ümid edərək ərazimizdən keçərkən Azərbaycandan gələn yüklərin və sərnişinlərin təhlükəsizliyini təmin etməyə hazırıq”, - Paşinyan bildirib.

скачать dle 12.1

Şərhlər