Livandan İsraillə gərginliklə bağlı daha bir açıqlama
Tarix:
14-10-2023, 17:00
/ 1 747 dəfə oxundu.
Livan üçün təhlükəsizlik və sabitliyinin qorunması vacibdir.
Bunu Livanın Baş naziri Nacib Mikati ölkə mətbuatına açıqlamasında deyib.
“Buna baxmayaraq, tərəflərdən təhlükəsizliyimizin qorunması bağlı təminat ala bilməmişəm. Çünki vəziyyət davamlı olaraq dəyişir. İsrail ordusu Hizbullaha qarşı hücumlarını dayandırmalıdır. Çünki Livan müharibəyə girmək istəmir”, - baş nazir bildirib.
Qeyd edək ki, Mikati bir neçə gün əvvəl də Livanın müharibəyə girmək istəmədiyini açıqlamışdı.