SON DƏQİQƏ

Qəzzada 123 min insan evini tərk etdi

Tarix:

9-10-2023, 13:53

/ 1 565 dəfə oxundu.
Qəzzada 123 min insan evini tərk etdi

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi səbəbindən 123 mindən çox fələstinli Qəzza zolağında evlərini tərk etmək məcburiyyətində qalıb.

Bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin yaydığı hesabatda qeyd olunub.

Bildirilib ki, dünən axşam saatlarına olan məlumata görə, 123 538 fələstinli evini tərk edib.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS "İslami-Cihad"la birgə İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb.

İsrail ordusu bunu müharibə kimi qəbul edib və əks-hücuma başlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ