SON DƏQİQƏ
» » Erməni sakin: azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm

Erməni sakin: azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm

Tarix:

25-09-2023, 11:14

/ 1 723 dəfə oxundu.
Erməni sakin: azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm

Doğulandan Əsgəranda yaşamışam. Azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm.

Bunu açıqlamasında Qarabağın erməniəsilli sakini Serjik Qriqoryan deyib.

O bildirib ki, Xankəndiyə bir daha qayıtmaq istəmir:

“Yaşım 60-dan çoxdur. Əsgəranda doğulmuşam və orda da yaşayırdım. Azərbaycanlılarla çox işləmişəm. Traktorçu olaraq çalışırdım. Mən azərbaycanlıların ancaq yaxşılığını istəyirəm, onların mənə çox xeyri dəyib”.

S.Qriqoryan bildirib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərkən ona heç bir maneə yaşadılmayıb:

“Burdan keçəndə heç bir problem yaratmadılar. Qayıtmaq fikrim yoxdur”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ