SON DƏQİQƏ
» » İran - Pakistan sərhədində silahlı toqquşma olub, ölən var

İran - Pakistan sərhədində silahlı toqquşma olub, ölən var

Tarix:

23-08-2023, 21:50

/ 3 468 dəfə oxundu.
İran - Pakistan sərhədində silahlı toqquşma olub, ölən var

İranın sərhəd xidmətinin əməkdaşı ölkənin cənub şərqində Pakistanla sərhəddə baş verən atışma nəticəsində həlak olub.

Bu barədə İran KİV-ləri məlumat yayır.

Məlumatda qeyd olunur ki, toqquşma Pakistan tərəfdən bir qrup silahlının İran sərhədçilərinə atəş açmasından sonra başlayıb.

Hadisə nəticəsində döyüş növbətçiliyində olan İran hərbçisi ölüb.

Silahlıların İran ərazisinə daxil olub-olmaması barədə məlumat verilmir.

скачать dle 12.1

Şərhlər