SON DƏQİQƏ
» » İran-Əfqanıstan sərhədində toqquşma baş verib

İran-Əfqanıstan sərhədində toqquşma baş verib

Tarix:

27-05-2023, 14:34

/ 1 683 dəfə oxundu.
İran-Əfqanıstan sərhədində toqquşma baş verib

Mayın 27-si səhər saatlarından başlayaraq İran-Əfqanıstan sərhədində hər iki tərəfin sərhədçiləri arasında silahlı qarşıdurma olub.

Bu barədə İran mediası məlumat və video görüntülər yayıb.

Məlumatlarda insan tələfatı və yaralılar barədə hər hansı açıqlama verilmədən tərəflər arasında atəşin davam etdiyi bildirilir.

Qeyd edək ki, İran Prezidenti Rəisinin su problemi ilə bağlı Əfqanıstanı ittiham etməsindən sonra iki ölkə arasında münasibətlər kəskinləşib.
скачать dle 12.1

Şərhlər