SON DƏQİQƏ
» » Şimali Kiprə sürpriz səfər – Türk liderlə görüşən isim qonşuları hiddətləndirdi

Şimali Kiprə sürpriz səfər – Türk liderlə görüşən isim qonşuları hiddətləndirdi

Tarix:

4-08-2023, 23:18

/ 2 648 dəfə oxundu.
Şimali Kiprə sürpriz səfər – Türk liderlə görüşən isim qonşuları hiddətləndirdi

ABŞ-ın Respublikaçı konqresmeni Pit Seşn Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib.
Teleqraf.com xəbər verir ki, Seşn Kipr Türk Cümhuriyyətinə gələn ilk amerikalı konqresmen olub.
Amerikalı siyasətçi ölkə Prezidenti Ərsin Tatar tərəfindən qəbul edilib. Görüşün gündəmində Şimali Kipr Türk Cümhuriyyətinin tanınması olub.
Prezident Tatar beynəlxalq ictimaiyyət və ABŞ-ı Kiprin türk tərəfinin iki dövlət və suveren bərabərlik və bərabər beynəlxalq statusa əsaslanan yeni siyasətini tanımağa çağırıb.
Konqresmenin səfəri Yunan Kiprini narahat edib. Yunan Kiprinin Xarici İşlər Nazirliyindən verilən açıqlamada Seşnin bu ölkəyə səfəri “qeyri-qanuni” adlandırılıb.
Səfərə kölgə salmağa çalışan XİN bildirib: “Beynəlxalq hüquq pozulub. ABŞ rəsmi mövqeyindən kənara çıxıb”.
скачать dle 12.1

Şərhlər