SON DƏQİQƏ
» » Messi indi də özünü aktyor kimi sınadı, seriala çəkildi

Messi indi də özünü aktyor kimi sınadı, seriala çəkildi

Tarix:

29-06-2023, 13:12

/ 1 592 dəfə oxundu.
Messi indi də özünü aktyor kimi sınadı, seriala çəkildi

Argentinanıın futbol üzrə hücumçusu Lionel Messi ölkə serialının çəkilişlərində iştirak edib.

Forvard Argentinanın "Los Protectores” serialının epizodlarından birində görünəcək.

Ssenariyə əsasən, Messi serialda özünü canlandırır və iflasdan qaçmağa çalışan üç agent hücumçunun tətil günlərində hər gün yeni Argentina klubunda oynamasını təklif edib.

Bildirilir ki, çəkilişlər argentinalı PSJ-də çıxış etdiyi vaxt Parisdə baş verib.

Xatırladaq ki, yay transfer pəncərəsində Messi PSJ-dən ayrılaraq azad agent kimi "İnter Mayami”yə keçib. Messi ötən mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb, 21 qol vurub, 20 məhsuldar ötürmə edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ