
Qəhrəmanmaraşın Onikişubat ilçəsində 4,5 bal, Kayserinin İncəsu ilçəsində isə 4,4 bal gücündə ardıcıl yeraltı təkanlar qeydə alınıb.
Bu barədə AFAD məlumat yayıb.
Ötən gün Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal, Malatya vilayətinin Yaşılyurd rayonunda isə 5,6 bal gücündə zəlzələ baş verib. Nəticədə 2 nəfər həlak olub, 110 nəfər isə yaralanıb.
































