SON DƏQİQƏ
» » Gecə saatlarında Türkiyədə güclü zəlzələ oldu

Gecə saatlarında Türkiyədə güclü zəlzələ oldu

Tarix:

21-02-2023, 08:54

/ 2 654 dəfə oxundu.
Gecə saatlarında Türkiyədə güclü zəlzələ oldu

Fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ olub. Saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Episentri Hatay vilayətinin Dəfnə rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib. Zəlzələ 16,7 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələnin 30 saniyə davam etdiyi bildirilib.

Xatırladaq ki, fevralın 6-da Qəhrəmanmaraş vilayətində baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ nəticəsində 41 mindən çox insan həlak olub, 108 minə yaxın insan yaralanıb.

***

İki güclü zəlzələdən təxminən 15 dəqiqə sonra daha iki yeraltı təkan qeydə alınıb.

Sonrakı zəlzələlər 5 baldan yuxarı olub.

***

Bir neçə dəqiqə öncə qısa intervalla Hatayda 5,2 və 4,3 bal gücündə növbəti zəlzələlər baş verib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ