SON DƏQİQƏ

İran Ermənistana dəstək olmağa hazırlaşır

Tarix:

19-12-2022, 17:05

/ 1 657 dəfə oxundu.
İran Ermənistana dəstək olmağa hazırlaşır

Türkiyə-Azərbaycan birliyinin güclənməsi və İsrailin Qafqazda artan nüfuzunun qarşısını almaq üçün İran Ermənistana PUA verməyi planlaşdırır.

Bu haqda ABŞ-ın "Jamestown Foundation” analitik mərkəzi məlumat yayıb.

"Tehran Bakını regiondakı maraqlarına uyğun addımlar atmağa inandıra bilmədiyi üçün Azərbaycana qarşı "məcburetmə taktikası”na əl atıb. Görünür, Bakının barışmazlığına cavab olaraq İran Qafqaz sülh prosesini pozmaq üçün Azərbaycanın rəqibi Ermənistana PUA-lar vermək istəyir. Tehranın Zəngəzur dəhlizi layihəsindən imtina etmək, eləcə də Təl-Əvivlə tərəfdaşlığını dayandırmaq üçün Bakını "qorxutmaq” cəhdləri əks nəticə verib”.

Qeyd edək ki, bir müddət əvvəl Tehran Respublikası Ermənistana külli miqdarda tank əleyhinə raketlər hədiyyə etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ