SON DƏQİQƏ
» » İranda aksiyalar zamanı nə qədər insan ölüb?

İranda aksiyalar zamanı nə qədər insan ölüb?

Tarix:

11-11-2022, 12:21

/ 2 352 dəfə oxundu.
İranda aksiyalar zamanı nə qədər insan ölüb?

İranda öldürülən və həbs edlən etirazçıların sayı açıqlanıb.

Bu barədə İran İnsan Haqları Təşkilatına istinadən xəbər verir.

Qurumun 10 noyabrda yaydığı məlumatda 17 sentyabrdan 8 noyabra kimi İranda davam edən etirazlarda 50-si uşaq olmaqla, 330 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyü bildirilib. Həmçinin 15092 nəfərin saxlanıldığı, bunlardan 440 nəfərinin tələbə olduğu qeyd edilib.

Məlumatda o da vurğulanıb ki, bu müddət ərzində 138 şəhərdə etirazçılar İran hakimiyyətinə qarşı nümayişlər həyata keçirib və 137 universitetin tələbələri bu nümayişləri dəstəkləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ