SON DƏQİQƏ

Cənubi azərbaycanlı fəal həbs edildi

Tarix:

5-10-2022, 15:37

/ 1 855 dəfə oxundu.
Cənubi azərbaycanlı fəal həbs edildi

Cənubi azərbaycanlı fəal Meysəm Behişti İranın təhlükəsizlik orqanları tərəfindən gecə saatlarında Tehranda saxlanılıb.

Bu barədə "Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, ETTELAAT qüvvələri Güney Azərbaycanın Muğan bölgəsindən olan və Tehranda yaşayan Meysəm Behiştinin evində axtarış həyata keçirib və milli fəalı ona məxsus şəxsi əşyalarla birlikdə naməlum yerə aparıblar.

Onun nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.

скачать dle 12.1

Şərhlər