SON DƏQİQƏ
» » Səfərbərliklə əlaqədar Rusiyanı təcili tərk etmək istəyənlərdən ibarət tıxaçlar kilometrlərlə ölçülür

Səfərbərliklə əlaqədar Rusiyanı təcili tərk etmək istəyənlərdən ibarət tıxaçlar kilometrlərlə ölçülür

Tarix:

24-09-2022, 21:50

/ 1 401 dəfə oxundu.
Səfərbərliklə əlaqədar Rusiyanı təcili tərk etmək istəyənlərdən ibarət tıxaçlar kilometrlərlə ölçülür

Rusiya-Monqolustan sərhədində böyük maşın növbəsi düzülüb. Monqolustan mediası xəbər verir ki, insanlar Rusiyanı Buryatiya vasitəsilə Monqolustana keçməklə tərk etməyə çalışırlar.

GunAz.az xəbər verir ki, Monqolustanla İrkutskdan 670 kilometr, Ulan-Udedən 228 kilometr məsafədə sərhəd-keçid məntəqəsi var. Monqolustan rusların avtomobil, qatar və ya təyyarə ilə vizasız gedə biləcəyi ən yaxın xarici ölkədir.

Rusiya Prezidenti Vladimir Putin səfərbərlik elan etdikdən sonra insanlar kütləvi şəkildə ölkəni tərk etməyə başlayıb. Aviaşirkətlərin və bilet satıcılarının internet saytlarında Moskvadan vizasız qonşu ölkələrə – Qazaxıstan, Gürcüstan, Türkiyə, Ermənistan, Azərbaycan və başqalarına ən yaxın birbaşa uçuşlar üçün bilet qalmayıb.

Təyyarə bileti çatmayanlar avtomobillə Gürcüstan, Qazaxıstan və Monqolustan sərhədlərinə axışıblar. İndi Rusiyanı təcili tərk etmək istəyənlərdən ibarət keçid məntəqəsinin qarşısındakı tıxaçlar kilometrlərlə ölçülür.

Ən sıx keçid məntəqəsi Buryatiyanın Kyaxta şəhəri yaxınlığında yerləşir. Monqolustanın ədliyyə naziri Xişqeeqiin Nyambaatar bildirib ki, səfərbərliyin ilk günündən bu istiqamətdə sərnişin axını artıb.

Onun sözlərinə görə, Rusiyanı tərk etmək istəyənlərin axını getdikcə artır.

Yuxarı Lars keçid məntəqəsində tıxac yaranıb. Tıxacın uzunluğunun 10 kilometrə qədər olduğu bildirilir.

Xuraman Etibarlı,

Konkret.az


скачать dle 12.1

Şərhlər