SON DƏQİQƏ
» » Rusiya Monqolustana aviatexnikalar yerləşdirəcək

Rusiya Monqolustana aviatexnikalar yerləşdirəcək

Tarix:

30-11-2021, 23:48

/ 1 535 dəfə oxundu.
Rusiya Monqolustana aviatexnikalar yerləşdirəcək

Rusiya Monqolustana aviasiya texnikaları yerləşdirməyi və bu ölkədə hərbi aerodrom infrastrukturunu modernləşdirməyi planlaşdırır.

GunAz.az xəbər verir ki, bu barədə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşündə deyib.

Qərargah rəisi bildirib ki, Rusiya Monqolustan silahlı qüvvələrinin inkşafı üçün addımlar atmaqda davam edir.

Bundan əlavə, V.Gerasimov Ulan-Batorda Monqolustanın hərbi-siyasi rəhbərliyi ilə görüşündən sonra Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux tərəfindən Qırmızı Döyüş Bayrağı ordeni ilə təltif edilib.

"Beynəlxalq əməkdaşlığa verdiyiniz töhfəyə görə təşəkkür edirəm”, – Monqolustan Prezidenti Gerasimova deyib.

Qeyd edək ki, V.Gerasimov Monqolustanda səfərdədir.


скачать dle 12.1

Şərhlər