SON DƏQİQƏ
» » Əmininin qətli ilə bağlı İrana XƏBƏRDARLIQ EDİLDİ

Əmininin qətli ilə bağlı İrana XƏBƏRDARLIQ EDİLDİ

Tarix:

20-09-2022, 08:22

/ 1 772 dəfə oxundu.
Əmininin qətli ilə bağlı İrana XƏBƏRDARLIQ EDİLDİ

ABŞ-ın dövlət katibi Entoni Blinken 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı xəbərlərin fonunda ABŞ-ın İran hökumətini "qadınlara qarşı sistemli təzyiqləri” dayandırmağa və dinc etirazlara icazə verməyə çağırdığını bildirib.

Blinkenin fikrincə, Əmini bu gün yaşamalı idi, amma bunun əvəzinə dövlətlər və İran xalqı onun yasını tutur.

Dövlət katibi İran hökumətini qadınlara qarşı sistemli təqibləri dayandırmağa və ölkədə dinc etiraz aksiyalarına icazə verməyə çağırıb.

 

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays öz növbəsində qeyd edib ki, iranlı qadınlar geyim tərzinə görə "həbs edilməməli, hətta şiddətli döyülməməlidir”. O, həmçinin İran hökumətini Əmininin ölümü ilə bağlı etirazçıları dinləməyə çağırıb.

Daha əvvəl Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi xəstəxanada çoxsaylı xəsarətlərdən dünyasını dəyişən 22 yaşlı Əmininin ölümünün bədbəxt hadisə olduğunu bildirib.

скачать dle 12.1

Şərhlər