SON DƏQİQƏ
» » Döyülərək öldürülən qıza görə İran qarışdı

Döyülərək öldürülən qıza görə İran qarışdı

Tarix:

19-09-2022, 08:20

/ 1 555 dəfə oxundu.
Döyülərək öldürülən qıza görə İran qarışdı

İranda 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra kütləvi etirazlar başlayıb.

Onun yanlış hicab geyindiyi üçün polis idarəsində döyüldüyü güman edilir.

Aminin dəfn mərasimi Kürdüstan əyalətində keçirilib. Bundan sonra yerli sakinlər küçələrə çıxaraq ətraflı araşdırma tələbi ilə aksiyaya başlayıblar.

Əl-Cəzirə" telekanalının məlumatına görə, izdiham rəhbərinin ofisinin önünə gəlib və oradan gözyaşardıcı qazla dağıdılıb.

 

Əslində etirazlar rəsmi mənbələrin qızın ölümünün səbəbini ürək problemləri adlandırması ilə başlayıb. Lakin yerli hüquq müdafiəçiləri Əmininin qulaqlarından qanaxma və kəllə sümüyünün sınması ilə xəstəxanaya yerləşdirildiyini bildiriblər.

Qeyd edək ki, qız Tehrana qohumlarını ziyarət etmək üçün gəlib. Orada o, dini normalara riayət olunmasına nəzarət edən xüsusi təyinatlı şəriət polisi tərəfindən saxlanılıb.

O, hicabını düzgün geyinməməkdə günahlandırılaraq polis bölməsinə aparılıb. Orada bir neçə saat qaldıqdan sonra Amini xəstəxanaya yerləşdirilib və o, xəstəxanada dünyasını dəyişib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ