
Qırğızıstanın Batken vilayətində əvvəllər tacik hərbçiləri tərəfindən ələ keçirilən bir neçə yaşayış məntəqəsi azad edilib. Bu barədə Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, Qırğızıstan-Tacikistan sərhədində vəziyyət hazırda gərgindir. Lakin nəzarətdədir.