SON DƏQİQƏ
» » Çexiyada on minlərlə insan hökumətə qarşı etirazlara qalxdı

Çexiyada on minlərlə insan hökumətə qarşı etirazlara qalxdı

Tarix:

3-09-2022, 23:49

/ 1 403 dəfə oxundu.
Çexiyada on minlərlə insan hökumətə qarşı etirazlara qalxdı

Çexiyanın paytaxtı Praqanın Vatslav meydanında baş nazir Petr Fiala hökumətinin istefası tələbi ilə etiraz aksiyası keçirib.

GunAz.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin siyasi qurumları və qeyri-hökumət təşkilatlarının çağırışı ilə on minlərlə insan paytaxtın ən böyük meydanlarından birinə toplaşıblar.

"Bütün Vatslav Meydanı hökumətin istefasını tələb edir! Biz mitinq iştirakçıları, əleyhimizə işləyən hazırkı kabinetin istefasını tələb edəcəyik”, – aksiya iştirakçılarından biri deyib.

Etirazlarda hökumətin istefaya getməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı çağırışlar olub.


скачать dle 12.1

Şərhlər