SON DƏQİQƏ

Eyvazlı postunda nə baş verir?- Rəsmi

Tarix:

16-08-2022, 12:56

/ 2 202 dəfə oxundu.
Eyvazlı postunda nə baş verir?- Rəsmi

Azad edilən ərazilərdə artıq 3 buraxılış məntəqəsi fəaliyyətə başlayıb. Onlardan biri də Füzuli Beynəlxalq Hava Limanıdır. Eyvazlı Sərhəd Nəzarət postunda hərəkət var. Ermənistan tərəfi alternativ yollardan da istifadə etməklə müəyyən hərəkət edirlər.

Bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

"Ancaq onlar hər kəsi alternativ yollardan istifadə etməyə məcbur edə bilmirlər, hərəkət var. DSX və müvafiq qurumlar tərəfindən işlər davam etdirilir. Hazırda Eyvazlı Sərhəd Nəzarət postunda sıxlıq olmasa da, hərəkət var”, - A.Xəlilov vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ