SON DƏQİQƏ
» » Ermənistanla sərhəddə buraxılış məntəqəsi müəyyənləşdi

Ermənistanla sərhəddə buraxılış məntəqəsi müəyyənləşdi

Tarix:

5-05-2022, 19:57

/ 1 624 dəfə oxundu.
Ermənistanla sərhəddə buraxılış məntəqəsi müəyyənləşdi

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikasının digər dövlət sərhədindən buraxılış məntəqələrində olduğu kimi, qeyd edilən dövlət sərhədindən buraxılış məntəqələrinin də adları (sayı) və yerləşdiyi ərazilərin siyahısı dəqiq müəyyən edilib.

Buraxılış məntəqələrinin ikisi Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində yerləşir: Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi - Qubadlı rayonu (Eyvazlı kəndi) və Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi - Zəngilan rayonu (Qazançı kəndi).

Həmçinin Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi) və Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi) müəyyənləşib.

скачать dle 12.1

Şərhlər