SON DƏQİQƏ

Mikayıl Cabbarova yeni vəzifə verildi

Tarix:

28-07-2022, 18:03

/ 1 197 dəfə oxundu.
Mikayıl Cabbarova yeni vəzifə verildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2236 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

1. "Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2236 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 650; 2009, № 6, maddə 424, № 7, maddə 589; 2010, № 9, maddə 773; 2012, № 2, maddə 121; 2014, № 2, maddə 112, № 4, maddə 391, № 6, maddə 644; 2015, № 7, maddə 852; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 1, maddə 79, № 8, maddə 1677; 2021, № 7, maddə 820; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 3295 nömrəli Sərəncamı) 1-ci hissəsində "Azərbaycan Respublikası Baş nazirinin birinci müavini” sözləri "Azərbaycan Respublikasının iqtisadiyyat naziri” sözləri ilə əvəz edilsin və həmin hissədən "Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilmiş dəyişiklik barədə Türkmənistan tərəfinə müvafiq bildiriş göndərsin.

скачать dle 12.1

Şərhlər