SON DƏQİQƏ

Meymunçiçəyi həqiqətən pandemiya elan olunub?

Tarix:

29-06-2022, 08:16

/ 1 239 dəfə oxundu.
Meymunçiçəyi həqiqətən pandemiya elan olunub?

Meymunçiçəyini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmən pandemiya elan etməyib. Sadəcə nəzarət və profilaktika mərkəzləri bəzi xəstəliklərin pandemiya xarakteri alması təhlükəsi haqda narahatlıq ifadə edirlər.

Bu sözləri açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Ümumdünya Səhiyyə Şəbəkəsinin meymunçiçəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

"Bu xəbərlər ölkələrdə meymunçiçəyi xəstəliyinə yoluxanların sayının artmasına görə yayılır. Pandemiya təkcə ölkədə yoluxanların sayı ilə deyil, həm də əhali sıxlığı ilə ölçülür. Ona görə də meymunçiçəyi pandemiyasından danışmaq hələ tezdir. Bunun hansısa pandemiya şəkli almamağının bir səbəbi hava-damcı yoluyla yayılmamasıdır.

Bununla bağlı lazımi işlər aparılır. ÜST-in tövsiyələri əsasında ayrı-ayrı ölkələr karantin və müalicə tədbirləri aparırlar. Bu məhdudlaşdırıcı tədbirlərin sayəsində meymunçiçəyinin qarşısını ala biləcəyik”,- professor deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ