SON DƏQİQƏ

Azərbaycanda işsizlərin sayı açıqlandı

Tarix:

20-06-2022, 23:54

/ 1 321 dəfə oxundu.
Azərbaycanda işsizlərin sayı açıqlandı

Azərbaycanda 2022-ci il iyunun 1-nə qədər olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 325,7 min nəfərdir. Onların 5 milyon 12,4 mini məşğul şəxslər, 313,3 mini işsiz kimi rəsmiləşib.

GunAz.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Hesabata görə, mayın 1-nə muzdlu işçilərin sayı 1701,3 min nəfər olub, neft-qaz sektorunda 30,9 min nəfər, qeyri neft-qaz sektorunda 1 milyon 670,4 min nəfər çalışıb, orta aylıq nominal əməkhaqqı 824,7 manata (neft-qaz sektorunda 3606,1 manata, qeyri neft-qaz sektorunda 771,1 manata, dövlət müəssisələrində 762 manata, özəl müəssisələrdə 897,6 manata) çatıb.

Ölkədə minimum aylıq əməkhaqqı 300 manatdır.

"İşsizlikdən sığorta haqqında” qanuna görə, əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsi əsasları ilə xitam verilmiş şəxslərə ödəniş üçün onların müddətli əmək müqaviləsi üzrə ən azı 2 il 6 ay fasiləsiz iş stajı olmalıdır. Sığorta ödənişi minimum əməkhaqqı qədər ödənir.

Dövlət orqanı və ya hüquqi şəxs ləğvi edildikdə, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə işsizlikdən sığorta ödənişi üçün azı 1 il sığorta stajı tələb olunur və ödəniş işçinin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.


скачать dle 12.1

Şərhlər