SON DƏQİQƏ

Ən çox əmək haqqı verən yerlər hansıdır?

Tarix:

21-06-2021, 18:42

/ 3 972 dəfə oxundu.
Ən çox əmək haqqı verən yerlər hansıdır?

2021-ci ilin yanvar-aprel aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əmək haqlarının həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, müvafiq dövr ərzində dövlət müəssisələrində çalışan işçilərin orta aylıq nominal əmək haqqı 629,3 manat, özəl müəssisələrdə isə 836,2 manat olub.

Dövlət müəssisələrində əmək haqqı ötən ayla müqayisədə 0,8 faiz azalıb, illik müqayisədə isə 0,9 faiz artıb. Özəl müəssisələrdə isə əməkhaqqı aylıq müqayisədə 3,2 faiz artsa da, illik müqayisədə 5,5 faiz azalıb.

Azərbaycanda neft-qaz sektorunda əmək haqqı 3 209 manat olub ki, bu da əvvəlki aya nəzərən 0,9 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 14,1 faiz azdır. Qeyri neft-qaz sektorunda isə əmək haqqı 670,6 manatı təşkil edib, bu da aylıq müqayisədə 1,5 faiz, illik müqayisədə isə 0,1 faiz çoxdur.

May ayının 1-nə olan göstəricilərə əsasən, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

 
 
скачать dle 12.1

Şərhlər