SON DƏQİQƏ

Bayraktar PUA-nın dodaq uçuqladan qiyməti

Tarix:

3-06-2022, 12:34

/ 2 322 dəfə oxundu.
Bayraktar PUA-nın dodaq uçuqladan qiyməti

Türkiyə istehsalı Bayraktar TB2 PUA-larının qiyməti məlum olub.

PUA-nın qiyməti 5 milyon avro civarındadır. Belə ki, ötən gün Litva hökuməti Bayraktar TB2 almaq üçün Türkiyə ilə müqavilə imzaladıqlarını açıqlayıb. PUA-nın alınması üçün ödəniləcək məbləğin kampaniya ilə toplandığı bildirilib. Kampaniyanın təşkilatçıları 5 milyon avroya ehtiyac olduğunu açıqlamışdı. Türkiyə mənbələri yazır ki, bu standart qiymət deyil. PUA-nın qiyməti müqavilənin şərtlərinə görə dəyişə bilər.

Qeyd edək ki, "Baykar” şirkətinin texniki direktoru Litva xalqının topladığı puldan imtina edərək onlara jest edib. O, PUA-nın Litvaya pulsuz veriləcəyini açıqlayıb. Toplanan pul isə Ukraynada humanitar məqsədlər üçün istifadə ediləcək. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ