SON DƏQİQƏ

Mahir Emrelinin transfer qiyməti açıqlandı

Tarix:

3-02-2022, 10:18

/ 1 252 dəfə oxundu.
Mahir Emrelinin transfer qiyməti açıqlandı

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Legiya” komandasından Zaqreb "Dinamo”suna transferinin qiyməti açıqlanıb.

25 yaşlı hücumçunun keçidi 1 milyon avroya gerçəkləşib.

 

Lakin Xorvatiya klubu bu transfer üçün pul ödəməyəcək. Belə ki, Polşa klubunun "Dinamo”ya borcu qalıb. Lirim Kastratini 1,2 milyon avroya transfer edən "Legiya” zaqreblilərə cəmi 200 min ödəyib. Vəsaitin digər hissəsinin əvəzində isə Emrelinin transferi reallaşıb.

Qeyd edək ki, "Legiya” yığmamızın üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyini açıqlayıb.

скачать dle 12.1

Şərhlər