SON DƏQİQƏ
» » İnsan alveri cinayətlərindən necə qorunmaq olar?- Müzakirə

İnsan alveri cinayətlərindən necə qorunmaq olar?- Müzakirə

Tarix:

18-04-2022, 14:21

/ 2 413 dəfə oxundu.
İnsan alveri cinayətlərindən necə qorunmaq olar?- Müzakirə

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Agentlyinin maliyyə dəstəyi ilə keçirdiyi "İnsan alverinə qarşı mübarizədə vətəndaş həmrəyliyinin artırılması" layihəsi çərçivəsində növbəti tədbir Mingəçevir şəhərində keçirilib.

Oktyabrın 16-da Hüquqi və Demokratik İslahatlar Mərkəzi Azərbaycan Respublikasının Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Agentlyinin maliyə dəstəyi ilə həyata keçirdiy "İnsan alverinə qarşı mübarizədə həmrəyliyin artırılması" layihəsi çərçivəsində Mingəçevir şəhəri "Gənclər evi"ndə "İnsan alverinə qarşı mübarizədə gənclərin rolunun artırılması" mövzusunda növbəti tədbir keçirilib.

GunAz.az xəbər verir ki, tədbirdə jurnalistlərin, sosioloqların və ictimai fəalların iştirak etdiyi maraqlı müzakirələr,diskusiya şəraitində keçən tədbiri HDİM sədri, layihənin rəhbəri İlham Əliyev açaraq layihənin məqsədi barədə danışıb.

Layihə rəhbəri bildirib ki, dövlət insan hüquq və azadlıqları sahəsində ardıcıl tədbirlər görüb, qanunlar qəbul edib, islahatlar aparsa da bu sahədə ağrılı problemlər hələ də qalmaqdadır: "İnsan hüquq və azadlıqları üçün qara ləkə olan insan alveri cinayətlərinin mövcudluğu ağrılı problemlərdən hesab olunur. Hazırki dövrdə bu sahədə dünyada münbit şəraitin yaranması cinayətkar qrupların diqqətini cəlb edib və bu da Azərbaycan ailə dəyərlərinə, ənənələrinə ziddi olan insan alverinin daha da aktuallaşması ilə nəticələnib. Bu səbəbdən də təşkilatımız bu sahədə əlindən gələni etməyə çalışır ki, bu problemin həlinə öz töhfəmizi verə bilək".

Daha sonra Mingəçevir şəhər icra hakimiyyətinin əməkdaşı Natiq Əlizadə çıxış etdi. O, bu istiqamətdə görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb və bildirib ki, bu kimi tədbirlərin təşkili bu problemin aradan qaldırılması üçün vacib olan addımlardandır. Natiq qeyd edib ki, xüsusən də uşaqların və yeniyetmələrin bu sahədə maarifləndirilməsi və məlumatlandırırlması belə halların qarşısının alınmasında əsas vasitələrdən biridir.

Layihənin eksperti Qismət İsmayılov isə, problemin hədəf kateqoriyasına toxunub. Ekspert deyib ki, insan alverinin qurbanları əsasən yeniyetmə və gənclər olur, ona görə də onların bu haqda daha çox məlumat alması və maariflənməsi vacibdir.

Eyni zamanda tədbirdə MİX-in sədr müavinləri Cəmilə Bayramlı, Qönçə Sadıqova, tMingəçevir unveristenin tələbələrindən Məhərrəm Əliyev, Aidə Heydərli, Elçin Bədəlov və digərləri çıxış etdilər.

Tədbirdə həmçinin Mingəçevir Dövlət Dram teatırının dram aktyoru Amil Fərzəliyev, müəllimə İlahə Bayramova, gənc fəal Vüsal Əliyev və başqaları çıxış edib fikirlərini bildiriblər.

Mövzu ətrafında geniş müzakirələr aparılıb, dünya ölkələrinin bu sahədəki təcrübəsindən danışılıb və Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd olunub.

İnsan alveri cinayətlərindən necə qorunmaq olar?- Müzakirə
İnsan alveri cinayətlərindən necə qorunmaq olar?- Müzakirə
İnsan alveri cinayətlərindən necə qorunmaq olar?- Müzakirə
İnsan alveri cinayətlərindən necə qorunmaq olar?- Müzakirə
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ