SON DƏQİQƏ
» » Azərbaycanlıların Soyqrım Günü ilə bağlı bəyanat

Azərbaycanlıların Soyqrım Günü ilə bağlı bəyanat

Tarix:

30-03-2022, 11:45

/ 2 800 dəfə oxundu.
Azərbaycanlıların Soyqrım Günü ilə bağlı bəyanat

GunAz.az Azərbaycan Naminə Alyans Partiyasının "Azərbaycanlıların soyqırım günü” ilə əlaqədar bəyanatını təqdim edir.

Xalqımız on doqquzuncu əsrdən başlayaraq müxtəlif dövrlərdə dəfələrlə faşist ideologiyası ilə beyinləri korlanmış ermənilərin vəhşi davranışlarının şahidi olmuş, çoxsaylı soyqırım aktları ilə üzləşmişdir. Bu vəhşiliklərin unudulmaması və zəruri dərslərin çıxarılması məqsədilə Ulu Öndər Heydər Əliyev  Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Martın 31-ni "Azərbaycanlıların Soyqırımı Günü” elan edən Fərmanda  deyilirdi:  "Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart  soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq  Cümhuriyyətinin  varisi kimi  Azərbaycan  Respublikası bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır.

Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir.

Qeyd olunmalıdır ki, xalqımıza qarşı bu vəhşiliklər dövlətimizin tam formalaşmadığı, güclü ordunun yaradılmadığı, milli birliyin mövcud olmadığı vaxtlarda baş vermiş və mənfur qonşularımız mövcud çətinliklərimizdən yararlanmışlar. İkinci  Qarabağ müharibəsində qazandığımız möhtəşəm qələbə bir daha göstərmişdir ki, Azərbaycan xalqının birliyi təmin olunanda dövlətimiz və qəhrəman ordumuz ən ağır problemlərin öhdəsindən gəlməyə qadirdir.  44 günlük vətən müharibəsində qazanılan möhtəşəm qələbə təkcə  azərbaycan əsgərinin qəhrəmanlığını deyil, həm də humanizmini, azad olunmuş ərazilərdə köməksiz vəziyyətdə buraxılan qocalara, qadınlara münasibətdə humanist münasibətini  bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Naminə Alyans Partiyası xalqımıza müraciət  edərək tariximiz boyu üzləşdiyimiz soyqırım faktlarını unutmamağa, bu faciələrin bir daha təkrar olunmaması üçün zəruri addımları atmağa, ilk növbədə milli birliyin təmin olunması üçün əlindən gələni etməyə çağırır.

Azərbaycan Naminə Alyans Partiyasının Mətbuat xidməti.
30 mart 2022-ci il.
скачать dle 12.1

Şərhlər