SON DƏQİQƏ
» » Ədalətli olun! Sizi ədalət xilas edəcək- Əsli Kazımova

Ədalətli olun! Sizi ədalət xilas edəcək- Əsli Kazımova

Tarix:

30-03-2022, 11:40

/ 2 319 dəfə oxundu.
Ədalətli olun! Sizi ədalət xilas edəcək- Əsli Kazımova

ASRP sədri dünya ictimaiyyətini ədalətə səslədi: "Ədalətli olun! Sizi ədalət xilas edəcək…”

"31 Mart Soyqırımı - Azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi dünya ictimaiyyətinin diqqətindən qaçmamalıdır”.

GunAz.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, tarixi  sübutlara və faktlara əsaslanaraq, XIX əsrdən başlayaraq ermənilərin öz məkirli siyasətlərini həyata keçirdiklərini görmək mümkündür: "Ermənilər tarix boyu  Azərbaycan və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına "Böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrə əl ataraq,  xalqımıza qarşı dəhşətli soyqırım cinayətləri törətmişlər.  Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrinin qeyd edilməsi ilə bağlı 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev  tərəfindən Fərman verilmiş və 31 Mart günü "Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.  Ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadratkilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə 20 faiz ərazimiz işğal edilmişdi. 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur. 

Təsəvvür edin, sadəcə Quba qırğınları zamanı şəhərdə  öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdı. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb. 

Bu faktlara qarşı biganə olmaq olmaz. Cinayətkar bu kimi qandonduran cinayət əməllərinə görə cavab verməlidir.  
Bundan əlavə bu gün Ermənilərin  qardaş Türkiyəni soyqırımda ittiham etməsi birmənalı olaraq, çoxüzlü erməni siyasətinin hiyləgərliyindən xəbər verir. Türklərə qarşı tarix boyu qətliamlar törədən Ermənistanın bu gün dünya ictimaiyyətinin gözündə özünü qətliama məruz qalmış kimi qələmə verə bilməsi və bəzi qüvvələrin ermənilərin bu yalanlarından öz maraqları üçün istifadə etmələri həqiqətən də təəssüf edicidir. Ötən il ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri senatör Bob Menendez başda olmaqla 40 senatorun qondarma "erməni soyqrımının" tanınması ilə bağlı ABŞ Prezidentinə müraciətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmadı. Dünya ictimaiyəti əfsuslar olsun ki, ermənilərin məkirli siyasətlərini görməzdən gəlməyə davam edir.  

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü diplomatiya, mərd Azərbaycan Ordusu tərəfindən qazanılan Qarabağ zəfəri,  təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur. Dövlətimizin başçısı Ermənistanın beynəlxalq səviyyədə ifşası, xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir, görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa edir, bu cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid atəşinə tutur, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırır. Dünya siyasi arenasında rolu olan dövlətlərlə, beynəlxalq təşkilatlarla ardıcıl və müntəzəm işin aparılması onilliklər boyu formalaşmış stereotiplərin və yanlış siyasi yanaşmaların tədricən dəyişməsi ilə müşayiət olunmaqdadır.

Dünya ictimaiyyəti məkirli erməni siyasəinin fərqinə varmalıdır. Bunun başqa yolu yoxdur.  Düşünün ki, ilk torpaq kəşvlərini tapan vikinqlərin belə erməni millətindən olduğunu iddia edən ermənilər sabah Çin səddinin də, hələ bir Antraktidanın da onlara aid olduğunu iddia edə bilərlər. Ama həqiqəti hər kəs görür. Görməlidir. Dünya ictimaiyyəti axı erməninin bu absurd fikirlərini dəstəkləmədiyi kimi, Azərbaycana qarşı qeyri adekvat mövqeyini də dəstəkləməməlidir. Erməni üçün susmaq "Ermənini dəstəkləmək” anlamını ifadə edir. Ona görə də, birmənalı olaraq məkirli siyasət yürüdən erməni psixologiyasına, erməni əməllərinə  etiraz etməliyik. Çünkü gün gələcək erməni iddiaları bir gün də sizin qapınızı çalacaq… Ədalətli olun! Sizi ədalət xilas edəcək…”
 
Fəridə Qafarqızı
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ