SON DƏQİQƏ
» » Əsli Kazımova: “10 Noyabr tarixli Bəyanat erməni işğalına son qoydu”

Əsli Kazımova: “10 Noyabr tarixli Bəyanat erməni işğalına son qoydu”

Tarix:

10-11-2021, 16:07

/ 2 249 dəfə oxundu.
Əsli Kazımova: “10 Noyabr tarixli Bəyanat erməni işğalına son qoydu”

Əsli Kazımova: "10 Noyabr tarixli Bəyanat erməni işğalına son qoydu”

"10 Noyabr tarixli Bəyanat erməni işğalına son qoydu”.

Bunu GunAz.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Ermənistan hərbi kapitulyasiya aktını imzalayaraq, dünya ictimaiyyəti qarşısında işğalçı olduğunu qəbul etməklə bərabər, Azərbaycanın regionda sülhün və əminamanlığın təminatçısı olduğunu isbatladı: "Düz 30 il idi ki, heç bir beynəlxalq təşkilat erməni  işğalı və erməni terroru ilə bağlı obyektiv qərar səsləndirməyib.
 
Bu gün rəsmi İrəvanın 30 ildir işğalçı bir dövlət olduğunu etiraf etməsinə rəğmən, heç bir beynəlxalq təşkilat Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırış belə etmir. Baxmayaraq ki, Azərbaycan 10 Noyabr tarixli Bəyanatla sadəcə əzəli torpaqlarını işğaldan təmizləmədi, Azərbaycan eyni zamana regionda sülh və əminamanlıq yaratdı. 10 Noyabr tarixli Bəyanatla Azərbaycan BMT-nin 4 qətnaməsinin icra olunmasına rəsmi şəkildə nail oldu. Bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu böyük uğurdur. Eyni zamanda Azərbaycanda multikultiral dəyərlərin olduqca əhəmiyyətli olmasının təzahürüdür. Azərbaycanın müzəffər ordusu, qətiyyətli iradəsi ilə sözün əsil mənasında tarixi salnamə yazan Cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşən xalq sübut etdi ki, həmrəyliyimiz bizim böyük sərvətimiz, böyük dəyərimizdir. Üçtərəfli Bəyanat status-kvonu dəyişməyə müvəffəq oldu. Məhs üçtərəfli Bəyənatdan sonra Qarabağın status məsələsi öz həllini tapdı. İllərdir ATƏT-in Minsk Qrupu bu məsələnin üzərində baş sındırırdı və bu istiqamətdə olan bütün fəaliyyətləri nəticəsiz idi. Üçtərəfli Bəyanat döyüş meydanında Azərbaycanın qazandığı qələbəni masada öz təsdiqini tapması deməkdir. Üçtərəfli Bəyanat, hesab edirəm ki, Azərbaycanın ümumiyyətlə beynəlxalq arenadakı ən böyük zəfəri kimi dəyərləndirilməlidir!”
 
Fəridə Qafarqızı
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ