SON DƏQİQƏ
» » Ermənilər ordumuza qarşı təxribat törətmək istədi- RƏSMİ

Ermənilər ordumuza qarşı təxribat törətmək istədi- RƏSMİ

Tarix:

26-03-2022, 12:40

/ 1 678 dəfə oxundu.
Ermənilər ordumuza qarşı təxribat törətmək istədi- RƏSMİ

Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ