SON DƏQİQƏ
» » TƏCİLİ: Ermənilər Kəlbəcər istiqamətində təxribat törətdi

TƏCİLİ: Ermənilər Kəlbəcər istiqamətində təxribat törətdi

Tarix:

9-11-2021, 20:23

/ 1 683 dəfə oxundu.
TƏCİLİ: Ermənilər Kəlbəcər istiqamətində təxribat törətdi

Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ