SON DƏQİQƏ
» » Erməni hərbi birləşmələri Azərbaycandan çıxarılmalıdır- XİN

Erməni hərbi birləşmələri Azərbaycandan çıxarılmalıdır- XİN

Tarix:

11-03-2022, 20:38

/ 2 294 dəfə oxundu.
Erməni hərbi birləşmələri Azərbaycandan çıxarılmalıdır- XİN

Sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilər yaşayır. Biz hesab edirik ki, onlar Azərbaycan vətəndaşlarıdır”.

 

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, gələcəkdə həmin ermənilərin Azərbaycana inteqrasiyası məsələsi qarşıda duran əsas məsələdir.

"Münaqişə başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Orda atəşkəsin pozulması halları olur. Amma təbii ki, bütün bu hallar sülhün möhkəmlənməsinə xidmət etmir və düşünürəm ki, bunlar aradan qaldırılmalıdır. Tam əminəm ki, sülhməramlılar da öz vəzifələrini, öhdəliklərini tam başa düşürlər. Orda olan qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proses gedəcək. Həmçinin sülhə mane olan bütün hallar aradan qaldırılmalıdır. Atəşkəsin pozulmasına da son qoyulmalıdır”, - Xələf Xələfov qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ