SON DƏQİQƏ
» » XİN-dən "XUDAFƏRİN" və "QIZ QALASI" körpüsü ilə bağlı AÇIQLAMA

XİN-dən "XUDAFƏRİN" və "QIZ QALASI" körpüsü ilə bağlı AÇIQLAMA

Tarix:

6-05-2020, 20:15

/ 3 932 dəfə oxundu.
XİN-dən "XUDAFƏRİN" və "QIZ QALASI" körpüsü ilə bağlı AÇIQLAMA

İranla erməni işğalı altında olan Dağlıq Qarabağı birləşdirən körpülərlə bağlı İranın Azərbaycandakı səfirliyinin GunAz.az-a verdiyi açıqlamaya rəsmi Bakıdan cavab gəlib. Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfovun "Qafqazinfo”ya verdiyi açıqlamanı təqdim edirik:
 
"Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş 23 fevral 2016-cı il tarixində imzalanıb və bu Sazişin tərəfləri Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləridir”.
 
GunAz.az-ın xəbərinə görə, açıqlamasında bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.
 
X. Xələfovun sözlərinə görə, bu Saziş hər iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır: "Həmin prinsiplərdən çıxış edərək, Sazişdə BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanıb. Həmçinin, Sazişə əsasən, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir”.
 
O, sazişin həyata keçirilməsi ilə bağlı mətbuatda işıqlandırılan məsələlərə də toxunub: "Mətbuatda yer alan körpülərin tikilməsinə Sazişə uyğun olaraq "Xudafərin” və "Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır. İran İslam Respublikasının Səfirliyinin bildirdiyi kimi, bəndlərin və körpülərin Azərbaycan ərazisinə düşən hissəsini İran tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində qəbul edir. Bu, hər iki ölkənin parlamentləri tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik olan sözügedən Sazişdə öz əksini tapıb. İran və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq əlaqələrindən çıxış edərək, inanırıq ki, bu körpülər məhz "Xudafərin” və "Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir”.
Mərdan DOLĞUN
скачать dle 12.1

Şərhlər