SON DƏQİQƏ
» » Şəhid ailələrinə protokolun göndərilməsi məsələsinə rəsmi cavab

Şəhid ailələrinə protokolun göndərilməsi məsələsinə rəsmi cavab

Tarix:

29-01-2022, 11:00

/ 1 211 dəfə oxundu.
Şəhid ailələrinə protokolun göndərilməsi məsələsinə rəsmi cavab

Daxili İşlər Nazirliyi (DİN) Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokolun göndərilməsinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər paylaşılır.

Qeyd edilib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib. Həmin etibarnamə nəqliyyat vasitəsinin sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik olaraq onun adına tərtib edillib: "Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ