SON DƏQİQƏ
» » Bakıda sərnişin avtobusu ilə minik maşını toqquşdu

Bakıda sərnişin avtobusu ilə minik maşını toqquşdu

Tarix:

11-01-2022, 22:08

/ 1 343 dəfə oxundu.
Bakıda sərnişin avtobusu ilə minik maşını toqquşdu

Bakının Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində "Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus qəzaya uğrayıb.

BNA-dan GunAz.az-a verilən xəbərə görə, hadisə "Ətçilər bazarı” adlanan ərazidə baş verib.
99 JZ 710 dövlət qeydiyyat nömrəli avtobus svetofordan keçən zaman qırmızı işıqdan keçən "Toyota Prius” markalı minik avtomobili ilə toqquşub.

 

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb.

Minik avtomobilin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ