SON DƏQİQƏ
» » Abşeronda sərnişin avtobusu aşdı- Xəsarət alanlar var

Abşeronda sərnişin avtobusu aşdı- Xəsarət alanlar var

Tarix:

30-09-2021, 16:37

/ 4 279 dəfə oxundu.
Abşeronda sərnişin avtobusu aşdı- Xəsarət alanlar var

Abşeron rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə Zabrat-Kürdəxanı yolunun Kürdəxanıdan keçən hissəsində qeydə alınıb.

Belə ki, Fərzəliyev Saleh Əlövsət oğlu idarə etdiyi "İsuzu" markalı, 90-BF-546 dövlət nömrə nişanlı, 537 nömrəli sərnişin avtobusu ilə hərəkətə olan zaman idarəetməni itirib. Nəticədə avtobus işıq dirəyinə çırpılaraq aşıb. Sürücü və avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ