
Tanınmış ictimai xadim, diplomat, araşdırmaçı-alim Ramiz Abutalıbovun nəşi Bakıya gətirilib.
Nəşi Moskvadan Bakıya gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Görkəmli şəxsiyyət sabah 12:30-da II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, R.Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir müalicə aldığı xəstəxanada 90 yaşında dünyasını dəyişib.





























