
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim Ramiz Abutalıbov vəfat edib.
Bu barədə onun dostu Tahir Tahiroviç Feysbuk hesabında bildirib.
Qeyd edək ki, R.Abutalıbov ötən ilin noyabrında yıxılaraq zədə almışdı, o, bu səbəbdən Moskvada xəstəxanaya yerləşdirilmişdi.
R.Abutalıbov bu gün Moskvada dünyasını dəyişib.



























