
GunAz.az xəbər verir ki, Təbrizin İran İslami Şura Məclisindəki deputatı Əhməd Əlirzabeygi Azərbaycan xalqını işğal olunmuş torpaqların azad edilməsinin ildönümü münasibətilə təbrik edib.
O, bununla bağlı twitter səhifəsində yazmışdır :Azərbaycan Respublikasındakı əziz müsəlman bacı və qardaşlarımı böyük bayram - Qarabağın azad edilməsinin ildönümü münasibəti ilə təbrik edirəm.
İran qonşuları arasında Azərbaycan Respublikası ilə ən çox ortaq cəhətlərə malikdir . Düşmənlər ixtilaf yaratmağa səy göstərərək , bu fürsəti aradan qaldırmağa cəhd edirlər, lakin iki xalqın bir-birinə ürəkdən bağlılığı onların bu cəhdlərini nakam qoyacaqdır .
Fəridə Qafarqızı




























