
GunAz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - romantik hisslər, əsassız istəklər və xülyalara aldanmayın. Macəra və sərgüzəştlər aramayın.
Günün ilk yarısı sizdən mühüm qərarlar tələb edə bilər. Bu qərarlar müəyyən dərəcədə şəxsi həyatınızla bağlı olacaq.
Axşam saatlarında diqqətli olun, hisslərə qapılmayın.
Buğa - yaradıcı və yaşam potensialınız yüksəkdir. Peşəkar fəaliyyətdə inadkar, qətiyyətli olun. Sevdiyiniz insanın qəlbini qırmayın.
Bilik və bacarıqlarınızı kritik vəziyyətdə nümayiş etdirin. İşdə rəhbərliklə təmaslarda problem olmayacaq.
Qeyri-adi layihəni reallaşdırmaq və ya çoxdankı problemin həllini tapmaq şansları az deyil.
Əkizlər - səbrli olun, təmkinli davranın. Hadisələrin mövcud axarına süni müdaxilələrin nəticələrini əvvəlcədən təxminləməyə çalışın.
Axşam saatlarında yeni tanışlıq istisna deyil.
Xərçəng - yaşam potensialının səviyyəsi yüksək olmasa da, aktiv və qətiyyətli olun. Xoşagəlməz situasiyanın yaranmasının qarşısını almaq istəyirsinizsə, ehtiyatlı davranın, sözlərinizdə səlis olun.
Səfər nəzərdə tutulan vaxtdan uzun, nəticələri isə münasib olmayacaq.
Əmlakınızı qoruyun.
Su və alov riskli vəziyyət yarada bilər. Mənfi təmayüllərin təsiri azaltmaq üçün ünsiyyətdə səmimi və gülərüz olun. Qaraqabaqlıq etməyin.
İşdəki münasibətlərdə sərinlik yarana bilər. Saymazyana və yekəxana davranaraq sizə sataşan insanın tərbiyəsizliyini cavabsız qoymayın.
Situasiyanı dəqiq qiymətləndirmək üçün baş verənləri anlamağa çalışın.
Şəxsi münasibətlərdə vəziyyət pis deyil. Önəmli problemlər yaranmır. Kiçik çətinlikləri asanlıqla dəf edə bilərsiniz.
Dəyər verdiyiniz insandan gələn xəbər əhvalınızı yaxşılaşdıracaq.
Axşam saatlarında istirahət edin.
Bir qədər dincəlin, tempi aşağı salın. Əks təqdirdə daxili gərginlik ünsiyyətdə qəfil çətinlik və sonrakı təəssüf hissi ilə sonuclana bilər.
Yaxınlarınızla söhbətləşin, tanışlarla əlaqə saxlayın.
Günün ilk yarısında başladığınız işləri axşam saatlarında başa vurun.
Yardım istəyənlərə kömək edin. Eqoizminizlə mübarizə aparın. Emosiyaların əsiri olmaqla heç nəyə nail olmayacaqsınız. Ətrafdakı insanların maraqlarını nəzərə alın.
Əqrəb - aktiv olun, qarşınıza qoyduğunuz məqsədlərə çatın, yarımçıq işləri başa vurun. Hissiyat və intuisiyanız yüksək səviyyədədir.
Axşam saatlarında aktiv istirahətə üstünlük verin.
Sinirlərin tarıma çəkilməsi, daxili gərginliyin artması və münaqişə ehtimalının qarşısını almaq üçün təmkinli davranın. Kənar təsirlərə uymayın. Təzyiqə imkan verməyin, hisslərinizin əsirinə çevrilməyin.
Günün ikinci hissəsini sakit keçirin, cari işlərlə məşğul olun. Dünyagörüş və bilikləri artırın.
Axşam saatlarında istirahət edin.
Oğlaq - qohumluq əlaqələrinin möhkəmləndirlməsi barədə düşünün. Ailədəki problemlərdən birinin qəfil, amma çox effektiv həllini tapa bilərsiniz.
Günün ikinci yarısında travma və qəza riski var. Uzaq, planlaşdırılmamış səfərə yollananlar xüsusilə diqqətli olmalıdır.
Yaxınlarınıza yardım edin, sevdiyiniz insanı sevindirin.
Etibar etdiyiniz insanlarla dil taparaq gələcəklə bağlı planları müzakirə edin.
Balıqlar - yaxınlarınız və ailə üzvlərinizlə münasibətlərinizdə ilk əvvəl kiçik, amma vaxt keçdikcə böyüyən anlaşılmazlıq ciddi qarşıdurmaya dönə bilər. Təmkinli, səbrli olun. Güzəştə gedin, humanistcəsinə davranın. Uzun səfərlər və səyahətlər üçün əlverişli gün deyil.
Qonaq qəbul edə bilərsiniz.
Səhhətinizə fikir verin. Kəskin ağrılar riski var. Özünümüalicə ilə məşğul olmayın. Həkimlə məsləhətləşin.Milli.Az


























