SON DƏQİQƏ
» » Milli Məclisdə Amnistiya ilə bağlı qərar verildi

Milli Məclisdə Amnistiya ilə bağlı qərar verildi

Tarix:

5-11-2021, 14:24

/ 2 326 dəfə oxundu.
Milli Məclisdə Amnistiya ilə bağlı qərar verildi

Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qərar layihəsi qəbul edilib.

xxx

12:48

Milli Məclis 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında məsələnin müzakirəsinə başlayıb.

Parlamentin bu gün keçirilən iclasında amnistiya haqqında məsələ deputatların müzakirəsinə təqdim edilib.

Amnistiya haqqında deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri bildirib ki, Azərbaycanda humanizm siyasətinin əsasını mərhum prezident Heydər Əliyev qoyub.

Vitse-spiker əlavə edib ki, 1995-2021-ci illər ərzində 67 əfv fərmanı verilib və bunun nəticəsində 9 mindən çox insan azadlığa çıxıb.

O, əlavə edib ki, bu müddət ərzində 11 amnistiya aktı verilib: "Bunların bəzisi Mehriban Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə həyata keçirilib. 11 amnistiya aktı nəticəsində 117 min şəxs azadlığa çıxa bilib".

Əli Hüseynli bildirib ki, bu gün Prezident tərəfindən Zəfər Günü məqsədilə hazırlanan və parlamentə daxil olan amnstiya aktının əhatəsi daha geniş olacaq. "Amnstiya aktının 4 ay ərzində həyata keçirilməsi nəzərdə tutulub. Amma Azərbaycanın müvafiq orqanları bunu daha tez şəkildə icra edə biləcək. Amnstiya aktı qəbul olunduğu gündən qüvvəyə minəcək və minlərlə insan azadlığa çıxmaq hüququ əldə edəcək”,-Əli Hüseynli deyib.

скачать dle 12.1

Şərhlər