
GunAz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - özünüzlə müqayisədə başqaları üçün daha çox işləməli olacaqsınız. Kim və ya nə isə səbrinizi sınağa çəkəcək. Səbrli olun, təmkinli davranın. Soyuqqanlı olsanız, bunun bəhrəsini tezliklə görəcəksiniz.
Başladığınız işi yarımçıq qoymayın, onu başa vuranadək çalışın. Yalnız intellektual yox, fiziki işləri də görün. Özünüzü daha əmin və qətiyyətli hiss etmək üçün yaxın ətrafınızda qayda yaradın, yaşam arealınızı nizama salın.
Kiçik təmirlə məşğul olun. Səliqəyə nail olun.
Müəyyən mövzunun sizdən planlaşdırdığınızdan daha çox vaxt və səy tələb edə bilər. Şərtlərin tələb etdiyi seçim sizi yeni, maraqlı yola apardığından adət etdiyiniz və sevdiyiniz bəzi ünsürlərdən imtina etməli olacaqsınız.
Asudə vaxtınızı istirahətə, alış-verişə sərf edin.
Stress səviyyəsini aşağı salın. Maraqlı informasiya arayın, sorğulara cavab verin.
Şəxsi münasibətlərdə konkret yardım və qayğı sözlərdən daha üstündür.
Şir - xarici şərtlər və proseslər sizi daimi gərginlikdə saxlaya bilərlər. Səhhətinizin qeydinə qalın. Kiçik ağrıların orqanizm üçün ciddi problemə çevrilməsinə imkan verməyin.
Tək çalışmaq üçün əlverişli gündür. İş çoxdursa, onu başqaları ilə bölüşməyin yolunu tapın. İşi təfərrüatlı və ciddi şəkildə görün, tələskənliyə yol verməyin.
Yaxın ətrafınızdakı insanlardan biri sizdən kömək gözləyir. Dostunuzun yardımı isə sizə konkret fayda verməsə belə, həssas olun.
Günün ikinci yarısındakı tanışlıq ciddi deyil. Ailə üzvlərinin qayğısına qalın.
Sevdiyiniz insanın hissləri ilə oynamayın, onu küsdürməyin.
Manipulyasiya etməyin, xırdaçı insan təsiri bağışlamayın.
Sonuca tam əmin deyilsinizsə, rəğbət bəslədiyiniz insanla görüşü və ya dostlarla bir araya gəlməyi təxirə salın. Əsəbləriniz tarıma çəkilə bilər.
Hissləriniz və emosiyalarınızda "təmizlik" aparın, sinirlənməyin.
Tərəzi - baş verən hadisələr sizin təşkilatçılıq qabiliyyətiniz və bacarıqlarınızın sınağa çəkilməsidir. Olaylar sizdə təlaş yaratmasın. Planınızı reallaşdırmağa başlayın. Qətiyyətli olun, kiçik sədlər sizi qorxutmasın.
Şəxsi münasibətlərdə çətin, birmənalı olmayan dövrdür. Yalnız iş, ümumi qayğılar, problemlərin optimal həll yolları sizi tərəfdaşla və ya yaxın bildiyiniz insanla daha da yaxınlaşdıra bilər.
Hər kəs öz çətinliklərinin həlli ilə məşğul olduğu zaman qayğı, həssaslıq gözləməyin.
Əqrəb - əhvalın dəyişməsi, yaxın ətrafınızdakı insanlardan biri ilə münaqişə istisna deyil. Arzu etdiyiniz nəsnəni əldə etməkdə, məqsədə çatmaqda səbirsizlik etməyin. İnformasiyalar çoxdur. Qüvvələrinizi boş işlərə və puç hədəflərə sərf etməyin. Əsas işə, önəmli layihəyə yetərincə diqqət ayırın.
Uzunmüddətli situasiyaların təməli indi formalaşır. İşlək sxemləri möhkəmləndirin, konstruksiyanı böyüdün. Yaxın ətrafdakı insanlarla qarşılıqlı münasibətləri dramatikləşdirməyin. Mühüm hesab etdiyiniz informasiyanı nəzarətdə saxlayın. Şəxsi münasibətlərdə iddialı, aqressiv, hədsiz dərəcədə tələbkar olmayın.
Situativ problemləri ürəyinizə salmayın. İrəliyə, gələcəyə baxın.
Münasibətlərdə gərginlik istisna deyil. Planlarınızın ziyanına olaraq sürəkli qaydada başqalarının işini yerinə yetirməyin. Emosional əks-səda, rəğbət izharı gözlədiyiniz görüşlər bu gün üçün deyil.
Tək işləsəniz, daha ciddi nəticələr əldə edə bilərsiniz.
Situasiyanı başqa gözlə görməyə çalışın. Ümid və gözləntiləri dəyərləndirin.
Qətiyyətli olun, mövqelərinizdən sapmayın.
Dolça - situasiyanın ləng və asta şəkildə inkişaf etdiyini düşünə bilərsiniz. Lakin yeni informasiyalar yetərincədir. Məlumat və xəbərləri qəbul edin, biliklərinizi göstərməyin. Alınan məlumat əsasında çalışmağa tələsməyin.
Toplanan məlumatları, xəbərləri, bilik və təcrübəni təhlil edin, sistemləşdirin. Yeni, mühüm işə başlayın.
Vədlərinizə əməl etməyə çalışın. Etibar etdiyiniz, birlikdə işlədiyiniz insanlardan dəstək almağa can atın.




























