SON DƏQİQƏ

Qrikoryan məhv edildi- Keçən ilin bu günü

Tarix:

4-11-2021, 08:00

/ 2 289 dəfə oxundu.
Qrikoryan məhv edildi- Keçən ilin bu günü

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

GunAz.az Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev özünün rəsmi Tvitter səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan və Qubadlının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

- Prezident İlham Əliyev İtaliyanın "La Repubblika” qəzetinə müsahibə verib.

- Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

- Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. Ermənistan Tovuz və Ağstafa istiqamətində atəşkəs rejimini pozub.

- Ermənistanın zenit qurğusu sıradan çıxarıldığının videogörüntüsü yayılıb. Erməni kapitan Ando Qrikoryan hərəkət etdiyi UAZ-la birlikdə məhv edilib.

- Düşmən Tərtəri atəşə tutub. Ermənistan ərazisindən Zəngilan istiqamətindəki bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı alınıb.

скачать dle 12.1

Şərhlər