SON DƏQİQƏ

Yoluxma ilə bağlı həkimdən çağırış

Tarix:

27-10-2021, 18:31

/ 3 601 dəfə oxundu.
Yoluxma ilə bağlı həkimdən çağırış

Üçüncü dozanın vurulması çox vacibdir.

Bu sözləri açıqlamasında millət vəkili, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov koronavirusa yoluxmada son günlər qeydə alınan artımlarla bağlı danışarkən deyib.

Onun sözlərinə görə, üçüncü doza ilk dozaların vurulmasından altı ay keçdikdən sonra tətbiq olunur:

"Biz gücləndirilmiş üçüncü dozanı vurdurmaqla yenidən bədəndə xəstəliyə qarşı müqavimət göstərən hüceyrələri aktivləşdirmiş oluruq. Buna görə də xroniki xəstələr və əlavə xəstəlikləri olan insanlar, təhsil işçiləri və ümumiyyətlə, cəmiyyətin hər bir aktiv üzvünün üçüncü dozanı vurdurması şərtdir. Bu, tibbi nöqteyi-nəzərdən müzakirə olunmayan bir mövzudur və buna görə də bu dozanın istifadə olunmasını tövsiyə edirik. Qarşıda daha böyük pandemiya dalğaları ilə qarşılaşma ehtimalımızın olduğunu unutmayın”.

Rəşad Mahmudov bildirib ki, insanların bir çoxu yanlış olaraq peyvəndlərin xəstəliyi müalicə etmək üçün olduğunu düşünür:

"Peyvənd, sadəcə, gələcəkdə ola biləcək yoluxmalara qarşı bədəni gücləndirmək üçündür. Tövsiyə edirəm ki, vaxt itirmədən insanlar üçüncü dozanı vurdursunlar".

скачать dle 12.1

Şərhlər